Kontur plastİka bədən

Çiyin dərisinin dartılması – çiynin daxili səthi toxumalarının qalınlığının (əhatəsinin) azaldılması ilə onun sallanmış hissələrinin aradan qaldırılmasına yönəlmiş əməliyyat.

Image Title

Müdaxilə nəticəsində bədənin yuxarı yarısının proporsiyaları yaxşılaşır, açıq paltarlar, sarafanlar və s. növ geyimlər almaq və geymək imkanı yaranır. Əgər çiyinlərdə dəri və ya dəri-piy qatları mövcuddursa, bu təqdirdə onları təkcə fiziki hərəkətlərlə və sadə pəhrizlə aradan qaldırmaq mümkün olmur.  Bu onunla əlaqəlidir ki, dartılmış dəri və dərialtı toxumanın yığılma qabiliyyəti yoxdur, fiziki məşqlər isə çiyin əzələlərinin konturlarını deyil, məhz formasını və tonusunu yaxşılaşdırır.

Bir çox hallarda çiyinlərin zahiri xarakterik görünüşü artıq piy qatı ilə əlaqəlidir, çox nadir hallarda isə arıqlama nəticəsində, əhəmiyyətli dərəcədə yığılmamış sallanmış dəri qalır.  

Nazik eninə yerləşmiş çapıq çiynin daxili səthinin ortasında - ən qapalı sahədə yerləşir. Bir qayda olaraq o qoltuqaltı nahiyədə başlayır və çiynin orta hissəsində bitir. O əməliyyatdan sonra bir neçə ay keçdikdən sonra tamamilə görünmür.

Çiyin dartılmaları əməliyyatından sonra reabilitasiya

Əməliyyatdan sonra stasionarda bir sutka qalmaq məsləhət görülür. Duşda çimmək əməliyyatdan üç gün sonra icazə verilir. Kompressiya geyimini 2 həftə ərzində taxmaq lazımdır, bəzi hallarda onların istifadə dövrü 1 həftəyə qədər azaldılır. Yekun nəticə 2 aydan sonra qiymətləndirilir.

Çiyin dərisinin dartılmasını çox vaxt qoltuqaltı sahədə lipoksasiya ilə uyğunlaşdırırlar - bu döş qəfəsi yumşaq toxumaları tərəfindən çiyinlərə düşən təzyiqi azaltmağa və ən başlıcası əməliyyatın nəticələrini yaxşılaşdırmağa imkan verir. Fiziki aktivliyin məhdudiyyət dövrü kiçikdir - bir aya yaxın.

Bud hissəsinin dartılması - budun daxili səthi toxumalarının qalınlığının (əhatəsinin) azaldılması ilə onun sallanmış hissələrinin aradan qaldırılmasına yönəlmiş əməliyyat. Artıq dərinin yığışdırılması nəticəsində budların daxili hissəsinin konturları hamar olur, toxuma tonusları əhəmiyyətli şəkildə yaxşılaşır. Əgər budların dəri və ya dəri-piy qatları mövcuddursa, bu təqdirdə onları təkcə fiziki hərəkətlərlə və sadə pəhrizlə aradan qaldırmaq mümkün olmur. Bu onunla əlaqəlidir ki, dartılmış dəri və dərialtı toxumanın yığılma qabiliyyəti yoxdur, fiziki məşqlər isə çiyin əzələlərinin konturlarını deyil, məhz formasını və tonusunu yaxşılaşdırır.

Budların daxili səthi dərisinin dartılmasını çox vaxt digər sahələrin lipoksaksiyası ilə uyğunlaşdırırlar - bütün bunlar bud konturlarının yaxşılaşdırmasının ən mükəmməl harmoniyalı nəticələrini əldə etməyə imkan verir. Bud hissəsində yığışdırılan dəri səthinin həcmi bəzən onlarla kvadrat santimetr təşkil edə bilər. Fiziki aktivliyin məhdudiyyət dövrü bir aya yaxındır.  

Budların dartılmasına dair göstərişlər.

Artıq dərinin sallanması ilə budların daxili səthinin artıq dəri-piy qatınının qalınlığı. Çox vaxt arıqlama nəticəsində həmin nahiyyədə əhəmiyyətli dərəcədə qısalmamış sallanmış dəri qalır.

Nazik xətti çapıq çox qapalı hissədə - qasıq-bud şırımında yerləşir. Bir qayda olaraq o qasıq nahiyəsində başlayır və bud-sağrı şırımı hissəsində bitir. O əməliyyatdan sonra bir neçə ay keçdikdən sonra tamamilə görünmür.

Budların dartılma əməliyyatından sonra reabilitasiya

Əməliyyatdan sonra stasionarda bir sutka qalmaq məsləhət görülür. Duşda çimmək əməliyyatdan üç gün sonra icazə verilir. Kompressiya geyimini 2-3 həftə ərzində taxmaq lazımdır. Yekun nəticə 2 aydan sonra qiymətləndirilir.