Süd vəzİlərİnİn kİçİldİlməsİ və ya reduksİon mammoplastİka

Reduksiya mammoplastikası - bu döşlərin ölçülərinin kiçildilməsi üzrə plastik əməliyyatdır.

Image Title

Bir çox qadınlar hər bir vasitə ilə döşlərini böyütmək istəyir, lakin bəzi qadınlar üçün isə həddindən artıq böyük döşlər sağlamlıqla əlaqədar problemlər yaradır, xüsusilə bədənlə döşlərin qeyri-proporsional olduğu təqdirdə estetik və fiziki diskomfort mənbəyi olur.

Onurğa sütununda, çiyinlərdə və boyunda ağrılar, fiziki aktivliyin məhdudiyyəti, paltar və geyim seçimində çətinlik, döş vəziləri xəstəliklərinin diaqnostikasının çətinliyi, ptozun proqressiv inkişafı, döşlərin altında tərdən bişmə və dərinin digər problemləri - bütün bunlar döşlərin ağırlığından baş verir.

Döşlərin kiçildilməsi üzrə plastik əməliyyat artıq dərinin, piyin və vəzi toxumalarının çıxarılmasını nəzərdə tutur. Bunun sayəsində bədən proporsiyasına uyğun olan döş ölçüləri əldə edilir. hesab edilir ki, kiçik və orta döş 500 qramdan artıq çəkmir, böyük döş orta hesabla 750 qramdan 1000 qrama qədərdir, həddindən artıq böyük döş isə 1500 qram və daha artıq. Döş vəzilərinin kiçildilməsi zamanı hər bir döşün süd vəzisi toxumasından 300-600 qram çıxarılır. Boyun ağrıları kimi fiziki simptomlardan qurtarmaq üçün bir qayda olaraq hər bir döşdən 500 qram çıxarılmalıdır.

Əməliyyatın keçirilməsi üçün göstərişlər:

Döş vəzilərinin reduksiyasının keçirilməsinin əsas göstəriciləri hesab edilir:

* döşlərin həddindən artıq həcmi ilə əlaqədar diskomfort.

Süd vəziləri asimmetriyası zamanı bir vəzinin hipertrofiyası.

Döşlərin reduksiyası plastik cərrahiyyənin ən populyar prosedurlarından biri hesab edilir.

Əməliyyatın gedişatı

Reduksiyalı mammoplastika, döş məməsinin daha yuxarı vəziyyətə keçirilməsi ilə artıq piy hüceyrələrinin, vəzi toxumalarının və dərinin kəsilməsindən ibarətdir.

Döş vəzilərinin ölçülərinin kiçildilməsi əməliyyatı demək olar ki mastopeksiya ilə birgə həyata keçirilir. Döşlərin dartılması və ya kiçildilməsi, zərurət yarandıqda areola və məmənin kiçildilməsi ilə müşayət oluna bilər. Adətən reduksiya iki -üç saat vaxt aparır.

Birinci addım - Əməliyyatdan öncə hazırlıq

Reduksiyalı mammoplastikanın keçirilməsindən əvvəl plastik cərrah döşün şəklini çəkir və ölçülərini santimetr lenti ilə ölçür. Bundan sonra kəsilən yer xüsusi markerlə işarələnir və süd vəziləri sterilizasiya olunur.

İkinci addım - Anesteziya

Döşlərin kiçildilməsini ümumi anesteziya ilə həyata keçirirlər. Damardaxili və ya endotraxeal narkoz tətbiq edilə bilər.

Üçüncü addım - Kəsik

Süd vəzilərinin kiçildilməsinə nail olmaq optimal üsulu həkim tərəfindən döşlərin «artıq» toxumalarının və formasından irəli gələrək müəyyən edilir. Çox vaxt tikişlər başı aşağı T şəklində və ya vertikal tikiş şəklində olur. Əvvəlcə işarələnmiş xəttlər üzrə həkim kəsik edir.

Başı aşağı T kəsiyi

Lövbər reduksiyası (Döş ölçülərinin başı aşağı T-kəsiyinin istifadəsi ilə kiçildilməsi) çətin əməliyyatların keçirilməsi zamanı yüksək nailiyyətlərə nail olmağa imkan verir. bir çox hallarda döşlərin dartılması və ölçülərinin kiçildilməsi məhz lövbər kəsiyi vasitəsi ilə həyata keçirilir və uzun müddətli estetik nəticə verir. bu cür üsulun çatışmazlığı əməliyyatdan sonra yüksək travmatiklik və onun nəticəsi olaraq uzun müddət reabilitasiya dövrü.

Vertikal kəsik

Döşlərin vertikal kiçildilməsi - kiçik və orta həcmdə döşlərin kiçildilməsi zamanı əməliyyatda istifadə edilən döşlərin rezeksiyasının alternativ üsulu. Döşlərin kiçik həcmdə rezeksiyası zamanı məhz bu texnika yaxşıdır, döşlərin vertikal kiçildilməsi T-texnikası ilə müqayisədə daha az kəsiklər formalaşdırır.

Toxumanın kəsilməsi və repozisiyalaşma

Kəsiklər edildikdən sonra, cərrah piy toxumasını və dərini yığışdırır, bununla yanaşı sini rvə qan dövranından ayrılmayan gilə və areal yuxarıya yerdəyişdirilir. Zərurət yarandıqda areal kiçildilə bilər. Bəzən ptozun inkişafı ilə həddindən artıq böyük döşlərin kiçildilməsi zamanı, gilə və arealı ayırmaq və sonradan daha yuxarı pozisiyaya qaldırmaq zərurəti yaranır (gilənin transplantatı). Belədə anlamaq lazımdır ki, həssaslıq və laktasiya imkanı itirilir.

Əməliyyatdan sonra özüsovurulan tikişlər qoyulur.

Dördüncü addım - kəsiklərin bağlanması

Əməliyyatdan sonra özüsovurulan tikişlər qoyulur. Kəsilmə xəttləri görünür, lakin bir müddətdən sonra çox vaxt ya tamamilə yox olur, ya da əhəmiyyətsiz dərəcədə ağarır. Buna baxmayaraq döşləri böyük olan bir çox qadınlar bu cür çapıqları daha üstün tuturlar. Bundan başqa, çapıqların aradan qaldırılması üçün bir çox apparat üsulları mövcuddur.

Beşinci addım - Nəticələr

Döşlərin kiçildilməsi üzrə əməliyyatların nəticələri dərhal görünür. Maye və qanın yığışdırılması üçün drenajlar istifadə edilir, tikişlərə isə steril striplər, tənzif sarğıları qoyulur. Əməliyyat sizin özünüqiyməti artıracaq və sizə əminlik verəcək. Bununla yanaşı siz anlamalısız ki, vaxt keçdikdən sonra, döşlər yaşla, çəkinin azalıb-çoxalması ilə, hormonal faktorlarla və ağırlıq qüvvəsi ilə əlaqədar dəyişilə bilər.

Əməliyyata hazırlıq

* Süd vəzilərinin reduksiyası bir sıra ilkin müayinələri nəzərdə tutur. İlk növbədə qadın mammoloqla məsləhətləşməlidir. Müayinədən sonra plastik cərrah lazımi əməliyyat variantını təklif edəcək.  

* Döş vəzilərinin kiçildilməsindən qabaq mütləq analizlərin siyahısına daxildir: qanın ümumi və biokimyavi analizi, qan qrupu və rezus faktor, GKQ, qısaldılmış koaquloqramma, HİV, RW, HbSAg, HCV, döş qəfəsi orqanlarının rentgeni, süd vəzilərinin USM və mammoloqun konsultasiyası.

* Konsultasiyada cərraha xəstəliklər, istifadə etdiyiniz preparatlar, vitaminlər və keçirilən əməliyyatlar barədə məlumat verməyə hazır olun.

* Döşlərin kiçildilməsi üzrə nəzərdə tutulan əməliyyata bir həftə qalmış alkoqollu içkilərin və qan durulducu dərmanların (aspirin, hormonlar və s.) qəbulunu dayandırmaq lazımdır.

* Hər bir əməliyyatda olduğu kimi böyük döşlərin kiçildilməsi əməliyyatı minimum əməliyyata qədər 2 həftə siqaretdən tam imtinanı nəzərdə tutur.

* reduksiyalı mammoplastikadan bir gün əvvəl möhkəm şam yeməyindən imtina etmək lazımdır, əməliyyata səkkiz saat qalmış isə yemək və içmək olmaz.

* Əgər siz çəki atmaq istəyirsinizsə, xüsusilə əgər sizin döşünüz həddindən artıq sallanırsa və kiçilirsə, həkim sizə döşlərin kiçildilməsi üzrə əməliyyatdan öncə çəkinizi stabilləşdirməyi məsləhət görə bilər.

* Əgər siz yaxın 6 ayda hamiləliyi planlaşdırırsınızsa, bu barədə plastik cərrahla məsləhətləşin. Hamiləlik zamanı baş verən dəyişikliklər, döş vəzilərinin kiçildilməsi əməliyyatının nəticələrini korlaya və yaxud minimuma endirə bilər.

Əməliyyatdan sonra reabilitasiya

Döş vəzilərinin reduksiyasından sonra reabilitasiya dövrü 1 aya qədər təşkil edir.

* Drenaj və sarğılar döşlərin kiçildilməsindən iki gün sonra çıxarılır.

* əməliyyat olunan nahiyədə göyərmələr və şişlər bir neçə həftəyə çəkilir, tam şiş döş vəzilərinin kiçildilməsindən bir ay sonra çəkilir.

* Döşlərin kiçildilməsindən sonra əməliyyatdan bir həftə sonra işə çıxmaq olar.

* Siz gilə və areol nahiyyəsində həssaslığın itməsini hiss edə bilərsiz. Bu müvəqqəti xarakter daşıyır, lakin bir neçə həftə və ya ay  uzana bilər.

* Kəsilmə yerləri əvvəlcə qırmızı və ya çəhrayı rəngdə olacaq. Onlar döş vəzilərinin kiçilməsindən sonra altı ay müddətində belə olacaq.

Əməliyyatdan sonrakı tövsiyyələr

* Bir ay ərzində xüsusi geyimdə gəzmək lazımdır.

* Altı ay ərzində ağırlıq qaldırmaq olmaz və fiziki gərginlikdən uzaq durmaq lazımdır.

* İlkin vaxtlarda döşlərə təzyiqi aşağı salmaq üçün kürəyi üstə yatmaq lazımdır.

* Minimum bir və ya iki həftə seksual aktivlikdən uzaq durmaq lazımdır.

* Heç olmasa birinci bir neçə həftə ərzində döşlərinizlə həddindən artıq zərif davranmalısız.

Əks göstərişlər:

* on səkkiz yaşına qədər;

* daxili orqanların ağır xəstəlikləri;

* infeksiya və onkoloji xəstəliklər;

* şəkərli diabet;

* qanın pis laxtalanması;

* başa çatmamış laktasiya

* zöhrəvi xəstəliklər;

* hamiləlik;

* laktasiyanın qurtarmasından sonra 1 ildən az müddət

* kəskinləşmə mərhələsində xroniki xəstəliklər.

Əməliyyatın keçirilməsinə dair məhdudiyyətlər

Siz anlamalısız ki, reduksiya mammoplastikasının bir sıra məhdudiyyətləri mövcuddur:

* Döş vəzilərinin kiçildilməsi üzrə əməliyyat hər bir yaşda keçirilə bilər, lakin ən yaxşısı bunu döşlərin tam formalaşmasından sonra həyata keçirilməsidir.

* Hamiləlik vaxtı süd vəzilərinin həcminin dəyişilməsi, çəkinin kəskin dəyişilməsi kimi döşlərin kiçildilməsi üzrə keçirilmiş əməliyyatın nəticələrini dəyişə bilər.

* Hamiləliyi döşlərin kiçildilməsi üzrə əməliyyatdan 10-12 ay sonra planlaşdırmaq olar.

* Əməliyyat aybaşı zamanı, aybaşıya 4 gün qalmış və sonra keçirilmir.

Yüngüllük və kürəklərdə ağrıların olmaması - reduksiya mammoplastikasının sizə verdiyinin ən azıdır. Siz həmçinin öz büstünüzlə fəxr etməyə imkan verən hər bir paltarı geyə və çimərlikdə utanmadan soyuna bilərsiz. Siz təkcə təsəvvür edin: sizin həyatınız nə qədər maraqlı və rənga-rəng olacaq! Sadəcə olaraq özünüzə sağlam və gözəl olmağa imkan verin.