Süd vəzİlərİnİn dİkləşdİrİlməsİ (mastopeksİya)

Süd vəzilərinin sallanmasının aradan qaldırılmasına və döşlərin təbii vəziyyətinin bərpasına yönəlmiş cərrahi əməliyyat.

Image Title

Süd vəzilərinin ptozunun (sallanmasının) əmələ gəlməsinin başlıca səbəbi əmizdirmədən sonra süd vəzi toxumalarının dəyişilməsidir. Hamiləlik və əmizdirmə zamanı süd vəziləri bir neçə aktivlik mərhələsindən keçir (döllənmə, hamiləlik, laktasiyanın olması, əmizdirmə, laktasiyanın başa çatması). Bu dövrdə döşlərin güclü dəyişiklikləri baş verir. Hamiləlikdən əvvəl bir nömrəli ölçüdən, əmizdirmə zamanı 5 nömrə ölçüyə və laktasiya başa çatandan sonra yenidən bir nömrə ölçüyə qayıtmaq. Üç və ya dörd nömrə döş ölçüsü olan qadınlar, laktasiya başa çatdıqdan sonra döş formalarının və həcminin neqativ dəyişiklik problemləri ilə rastlaşırlar. Döşlərin dartılması, süd vəzilərinin həm doğuşdan sonra, həmçinin yaşla əlaqədar baş vermiş dəyişikliklərini aradan qaldırmaq üçündür.

Nəticədə estetik nöqteyi nəzərdən qeyri-qənaətbəxş formaya gətirib çıxaran aşağıdakı dəyişiklikləri qeyd etmək olar.

 

Məməcik-areol kompleksinin bir mərhələ aşağı və ya hətta submamar (döş altına) büküşün altına yerdəyişməsi

Süd vəzisinin və dəri futlyarının (dəri laktasiya zamanı dartılır) həcminin uyğunsuzluğu

Daha az elastikliyi olan piy toxumasının yerdəyişməsi

Əmizdirmə zamanı süd vəzisi birləşdirici aparatının dartılması

Süd vəzisi dərisinin çapıqlı dəyişiklikləri (striyalar)

Bu cür dəyişikliklər nəticəsində hamiləliyə və əmizdirməyə qədər olan 3-4 ölçülü gözəl döşlər kiçilirlər (boşalırlar) və sallanırlar. Məhz bu cür dəyişikliklər pasiyentləri plastik cərrahın yanına gətirir.

 

Süd vəzilərinin ptozunun klassifikasiyası

 

Süd vəzi ptozunun dərəcəsi döş gilələrinin submamar büküşə olan mütənasibəti asılılığı ilə təsnifatlaşdırılır.

1 dər. - döş giləsi büküş səviyyəsindədir

2 dər. Döş giləsi büküşdən aşağı, lakin süd vəzisi konturundan yuxarıdır.

3 dər. - döş giləsi süd vəzisinin aşağı polyusundadır və aşağı baxır.

Süd vəzilərinin psevdoptozu - döş gilələri submamar büküşlərdən yuxarıda yerləşir, süd vəzisi hipoplaziyalıdır, onun aşağı hissəsi isə sallanıb.

Döşlərin dartılması üzrə əməliyyata dair göstərişlər.

Döşlərin dartılması və korreksiyası üzrə əməliyyata dair göstərişlər süd vəzilərinin sallanması, məməcik-areol kompleksinin yerdəyişməsi, süd vəzi toxumalarının aşağı polyusa yerdəyişməsidir.

Döşlərin vertikal dartılması və formasının dəyişdirilməsi (vertikal mastopeksiya)

Bu üsul areol ətrafında və döşün altındlakı büküşə qədər vertikal aşağı kəsiyin edilməsini nəzərdə tutur. Süd vəzilərinin vertikal dartılma 1-2 dərəcəli ptoz zamanı göstərilib.

Sallanmış döşlərin vertikal dartılma üsulunun üstünlükləri:

1-2 dərəcəli ptoz zamanı vertikal dartılma əməliyyatının yüksək effektivliyi

Uzunmüddətli estetik nəticə

Əməliyyatdan sonrakı gözə çarpmayan tikişlər, çünki tikişlər sağalma üçün münasib yerlərdə yerləşib.

Döşlərin vertikal dartılma və korreksiyası üsulunun çatışmazlıqları:

Döşlərin vertikal dartılma üsulunun birgə çatışmazlığı mövcuddur - bu üsul 3-4 dərəcəli ptoz zamanı qeyri-effektivdir.

Döşlərin lövbər kəsilməsi ilə (lövbər mastopeksiyası) üsulu ilə dartılması və korreksiyası

Döşlərin lövbər kəsilməsi ilə dartılması süd vəzilərinin 3-4 dərəcəli ptozu zamanı göstərilib.

Bu süd vəzisinin dəri futlyarının həcmini azaltmağa və aşağı polyus toxumanı yuxarı keçirməyə imkan verir. Əməliyyat edilməmişdən öncə mütləq ölçmə aparılır. Cərrah döş giləsinin və areolun yeni yerini qeyd edir, sonradan süd vəzisinin aşağı-yan şöbələrində deepidermizasiya sərhədlərini müəyyən edir.

Döşlərin lövbər üsulu ilə dartılmasının üstünlükləri:

Süd vəzilərinin 3-4 dərəcəli ptoz zamanı yüksək effektivliyi

Uzunmüddətli estetik nəticə

Süd vəzilərinin istənilən qəlizliyi zamanı korreksiya imkanı

Döşlərin lövbər üsulu ilə dartılmasının çatışmamazlıqları

Əməliyyatın digər dartılma üsullarından fərqli olaraq çox böyük zədələnməliyi

Əməliyyatdan sonra böyük çapıqlar

Daha uzun reabilitasiya dövrü.

Döşlərin periareal dartılması (periareal mastopeksiya)

Bu üsulun özünü döşlərin dartılması üsulu adlandırmaq çətindir. Əməliyyatın məğzi, sonradan kosmetik tikişlə tikilən areol ətrafında artıq dərinin aradan qaldırılmasından ibarətdir.

Bu üsul süd vəzilərinin psevdoptozu zamanı, xüsusilə implantatların köməkliyi ilə döşlərin eynizamanda böyüdülməsi ilə birgə keçirildiyi zaman əla nəticələr verir.

Süd vəzilərinin pariareol dartılmasının üstünlükləri:

Süd vəzilərinin psevdoptozu zamanı, xüsusilə implantatların köməkliyi ilə döşlərin böyüdülməsi ilə əla nəticələr

Əməliyyatdan sonra az zədələnmə

Kəsik yalnız areolun ətrafında olur.

Süd vəzilərinin pariareol dartılmasının çatışmazlıqları

Bu cür üsul 1-2 dərəcəli ptoz zamanı qeyri-effektivdir.

Areolların yastılanması (areol ətrafında toxumanın dartılması hesabına döşlərin periareol dartılması zamanı döşlər yuxarı hissədə yastılaşır.

Areol ətrafında əməliyyatdan sonra dartılma (toxumaların həddindən artıq dartılması hesabına)

Süd vəzisinin aşağı polyusunda artıq dərinin qalması nəticəsində əməliyyatdan sonrakı dövrdə aşağı polyusda döşlərin sallanması

Döşlərin dartılması və formasının yaxşılaşdırılması (mastopeksiya) əməliyyatından sonra reabilitasiya dövrü.  

Sallanmış döşlərin dartılma əməliyyatından sonra reabilitasiya dövrü bir qayda olaraq kəskin ağrı hissi olmadan keçir. Əməliyyatdan sonra ilk günlər tikişlər açılmasın deyə, əlləri yuxarı qaldırmaq olmaz. Fiziki gərginliyi 2-3 ay atmaq lazımdır. Əməliyyatdan sonra bir ay ərzində kompressiya büstqalteri taxmaq lazımdır. Döşlərin forması 6-12 aydan sonra tam olaraq formalaşır.

Sallanmış döşlərin dartılmasından sonra mümkün olan kəskinləşmələr.  

 

İrinləmə, qanaxma kimi ümumi cərrahi kəskinləşmələr əməliyyatdan sonrakı erkən dövrdə baş verə bilər. Bu cür kəskinləşmələr hər bir əməliyyatdan sonra baş verə bilər. Onların əmələ gəlmə ehtimalı 0,1-0,5 % təşkil edir.

Qaba çapıqlar (hipertrofiyalı, kelloid). Döşlərin dartılması zamanı qaba çapıqların əmələ gəlmə ehtimalı 1-5 % təşkil edir. Çox vaxt bu cür kəskinləşmələr periareol mastopeksiya, həmçinin süd vəzilərinin daxili çapıqlarında lövbər dartılması zamanı baş verir.

Mastopeksiyadan sonra süd vəzisinin ikincili ptozu. Ya əməliyyatın keçirilmə prosesi zamanı texniki səhvlər nəticəsində baş verir və yaxud süd vəzisinin böyük kütləsinin və dəri və süd vəzisinin birləşdirici aparatının dartılma müqavimətinin olmaması səbəbindən baş verir.

Estetik nəticədən narazıçılıq. Əməliyyat nəticəsinin qiymətləndirilməsi bir sıra amillərdən asılıdır (forma, həcm, döşlərin elastikliyi, tikişlərin keyfiyyəti və s.) Döşlərin dartılması və korreksiyası üzrə əməliyyatdan narazıçılıq çox vaxt əməliyyatdan əsassız gözləntilərdən, o cümlədən bu əməliyyatın imkanları barədə ətraflı məlumatlı olmamasından əmələ gəlir.

Nəticə

Döşlərin dartılması üzrə əməliyyat, süd vəzilərinin ptozu zamanı döşlərin formasının korreksiyasının ən effektiv üsuludur. Döşlərin dartılması üzrə (mastopeksiya) əməliyyat üsulunun düzgün seçilməsi yüksək estetik nəticəyə zəmanət verir. Yadda saxlamaq lazımdır ki, döşlərin estetik qəbul edilməsində əsas rolu onların forması oynayır. Bu cür əməliyyatlar məsləhət görülən bir çox pasiyentlərin qarşısını böyük çapıqların qalması qorxusu saxlayır. Həqiqətən də, döşlərin ən effektiv dartılmasından sonra uzun tikişlər qalır. Lakin tikişləri gözə çarpmaz etmək olar, yaraşıqsız döş formasını isə gizlətmək çox çətindir.