Feyslİftİnq

Feysliftinq - üzün dartılması, üzün yuxarı, orta və aşağı üçdə bir hissəsindən və boyundan sallanmış dərinin və dərin qırışların aradan qaldırılmasının ən effektiv üsuludur.

Image Title

Onun köməkliyi ilə almacıq sümüklərini ifadə etmək və burun-dodaq qırışlarını hamarlamaq, üz ovalını formalaşdırmaq, boyun və «ikinci» çənəaltıdan piy toxumasını yığışdırmaq, o cümlədən üzün problemli hissələrində qırışlardan və artıq dəridən azad olmaq olar. Feysliftinq - bu stasionarda ümumi ağrısızlaşdırma (narkoz) ilə həyata keçirilən böyük bir əməliyyatdır. Ayrı-ayrı problemli zonaların dartılması (məsələn, alın-gicgah sahəsi və ya üzün orta hissəsi) bəzi hallarda yerli ağrısızlaşdırma altında keçirilə bilər. Burada yüksək keyfiyyətli cərrahi tikiş materialları və yüksək texnoloji avadanlıqlar istifadə edilir. Əməliyyatdan sonra çapıqlar demək olar ki, görünmür, çünki onlar dərinin təbii qırışları və saçların altında yerləşdirilir. Əməliyyatın orta hesabla aparılma müddəti 2-3 saat çəkir. Əməliyyatdan sonra 1 sutka pasiyent klinikada qalmalıdır. 

Əməliyyatdan sonrakı dövr: 

Əməliyyatdan sonra üz nahiyyəsində şişlər, göyərmələr əmələ gələ, diskomfort hissi ola bilər. Şişlər çox vaxt əməliyyatdan sonra bir neçə gün qorunub saxlanılır. Əməliyyatdan sonrakı tikişlər tədricən 10-14 gün ərzində çıxarılır. Sağalmanın tədricən baş verdiyinə görə, əməliyyatın əhəmiyyətli dərəcədə nəticələri 2-3 həftədən sonra görsənəcək, kiçik dəyişikliklər isə toxumalar yerinə oturduqca bir neçə ay ərzində baş verəcək. Əməliyyatdan sonra bir həftə fiziki gərginlikdən və avtomobili idarə etməkdən uzaq durmaq lazımdır. Üç həftə ərzində ağır ev işləri və böyük güc tələb edən işlərlə məşğul olmaq olmaz. Əməliyyatdan təqribən bir həftə sonra makiyaj çəkməyə icazə verilir. Bir çox pasiyentlər əməliyyatdan iki həftə sonra işə çıxırlar. Əməliyyatdan 3-4 həftə sonra pasiyentlər tam olaraq adi həyat tərzinə qayıdırlar. Feysliftinq əməliyyatının effekti praktiki olaraq bütün ömür boyu qorunub saxlanılır. İfadə edilmiş effektin dayanıqlığı bir çox amillərdən asılı olacaq: yaş, fiziki vəziyyət, həyat tərzi, irsi xüsusiyyətlər, dərinin strukturu və elastikliyi, dəriyə qulluq. 

Nəyə çox diqqət etmək lazımdır. 

Əməliyyatdan qabaq sağlamlıq vəziyyətini yoxlamaq və kliniki laborator müayinələrdən keçmək lazımdır. 

Çox qısa saçları olan pasiyentlər onları uzatmalıdırlar ki, əməliyyatdan sonrakı tikişlərigizlədə bilsinlər. Toxumaların optimal sağalması, dəriyə əməliyyatdan qabaq və sonra lazımisəviyyədə qulluqdan asılıdır. Əməliyyata 1-2 həftə qalmış siqareti atmaq və yaxud heç olmasaməhdudlaşdırmaq lazımdır, çünki bu pis vərdiş toxumaların sağalma prosesini zəiflədir. 

 

Feysliftinq barədə əfsanələr. 

1) Üzün dartılması onu maskayabənzər, qeyri-təbii edir. 

Üzün dartılması təkcə sadəcə üzün dartılmasını nəzərdə tutmur, bu həmçinin üz toxumalarının bərabər qaydada bölüşdürülməsidir. Nəticədə üzün cizgiləri dəyişilmədən onun hamarlanması baş verir. 

Üzün dairəvi dartılması mimikanı da dəyişmir. Əgər plastik əməliyyatdan sonra üz 

maskayabənzər olubsa, bunun səbəbi bir ola bilər: üzün dartılması qeyri-peşəkarcasına həyata keçirilib. Belə olduqda yəqin ki dərinin həddindən artıq dartılması baş verib. Yüksək peşəkar cərrahın yol vermədiyi daha bir səhv isə dərinin həddindən artıq qabıqlanmasıdır. 

2) Üzün dartılmasını bir qayda olaraq 35 yaşından sonra həyata keçirmək olar

Qocalma əlamətlərinin əmələ gəlmə vaxtı dərinin fərdi xüsusiyyətlərindən asılıdır. 

Bürüşüklük, dərinin sallanması, üz və boyunda qırışlar, dərinin öz elastikliyini itirilməsi səbəbindən əmələ gəlir. Buna səbəb dərinin lazımi miqdarda kollagen ifraz etməmək qabiliyyətidir. Buna baxmayaraq dərinin fibroblast aktivliyi təkcə yaşdan deyil, həmçinin bir sıra amillərdən asılıdır. Buna görə də plastik cərrahiyyənin keçirilməsində yaşdan danışmağa dəyməz. 

Üzün dartılması yaşı deyil, dərinin qocalması ilə əlaqədar zahiri görünüş problemini korrektə edir və bunu hər bir yaşda həyata keçirir. 

3) Üzün dartılmasından sonra dəri daha tez qocalır. 

Üzün dartılması dərinin təbii qocalma mexanizmlərinə təsir etmir, o sadəcə olaraq onların əmələ gəlməsini aradan qaldırır. Dəri kollageninin və elastininin tərkibi və gialuron turşusunun əmələ gəlməsi üzün dartılma əməliyyatının keçirilib, keçirilməsindən heç cürə asılı deyil. Buna görə də feysliftinq dəri qocalmasını nə tezləşdirə, nə də zəiflədə bilər. Üzün dairəvi dartılması, üz və boynun vəziyyətini əvvəlki kimi olduğu vəziyyətə qaytararaq, bioloji saatın «əqrəblərini» geriyə çevirməyə imkan verir. Zamanın gedişini dayandırmağa və ya sürətləndirməyə isə qadir deyil. 

4) Üzün dartılmasını, terapevtik və aparat kosmetologiyası üsulları ilə əvəz etmək olar.

Heç bir aparat kosmetologiya üsulları artıq dərinin və onun sallanmasının problemini effektiv həll edə bilməz. Bunu yalnız üzün və dərinin dairəvi dartılması edə bilər. Əməliyyatsız kosmetologiya qırış və piqmentasiyanı azalda, dərinin relyefini yaxşılaşdıra, onun elastikliyini artırmağa imkan verir, lakin plastik cərrahiyyəni əvəz edə bilmir. Üzün dartılmasını və əməliyyatsız kosmetologiyanın müxtəlif növlərini qarşılıqlı əvəzedici üsullar hesab etmək olmaz. Bu üsulların hər birinin öz göstərişləri və ən yaxşı tətbiq etmə sahələri mövcuddur.