Otoplastİka (qulaqların plastikası)

Otoplastika (qulaqların plastikası) - palazqulaqlığın və qulağın digər estetik qüsurlarının aradan qaldırılması üzrə plastik əməliyyat.

Image Title

Qulaqların plastik əməliyyatının əsas xüsusiyyətləri ondan ibarətdir ki, bu cür əməliyyatları 5-6 yaşından başlayaraq həyata keçirmək mümkündür - bu yaşda qulaq seyvanı həm ölçüsünə, həmçinin formasına görə tam formalaşır.

Bundan başqa, uşağın qulaq qığırdağı böyüklərdən fərqli olaraq daha yumşaqdır və bunun da sayəsində otoplastikanın həyata keçirilməsi daha asan olur. Qulaq formalarının daha erkən yaşda korreksiya olunması, gələcəkdə uşaqda qulaq forması ilə əlaqədar xarakterik olan psixi travmaların və komplekslərin əmələ gəlməsinin qarşısını alar.

Otoplastikanın növləri

Bir çox hallarda otoplastika sözü altında palazqulaqlığın aradan qaldırılması başa düşülür, lakin əməliyyatın imkanları daha da böyükdür. Qulaq plastikasının iki əsas istiqamətini qeyd edirlər:

- Estetik otoplastika - qulaq seyvanının formasının, ölçüsünün və yerləşməsinin dəyişdirilməsi. Bu cür əməliyyatlara həmçinin hər nöqteyi nəzərdən mübahisəli olan «Elf qulaqları» formalaşması kimi prosedur aiddir.

- Rekonstruktiv otoplastika - kəsilmiş qulaq seyvanının tam və ya qismən bərpa olunması (material qismində pasientin qabırğasından olan transplantant istifadə edilir)

Cərrahi üsullara gəldikdə isə, kəsiyin edilmə yeri və dəri və qığırdaq toxumasına təsir etmə dərəcəsi ilə fərqlənən 200-dən çox otoplastika keçirilməsi variantları mövcuddur. Bundan başqa, 2 əsas cərrahiyyə müdaxiləsi üsulu tətbiq edilir:

- Ənənəvi otoplastika - burada kəsik skalpel vasitəsi ilə edilir və

- Lazer otoplastikası - bu kəsikləri CO2 lazeri ilə edilməsini nəzərdə tutur.

 

İkinci variant hal-hazırda çox populyardır, çünki belədə qığırdaqların deformasiyası və infeksiya düşmə riski xeyli dərəcədə azalır.

 

Otoplastikanın keçirilməsinə dair göstərişlər

Estetik qulaq plastikasının keçirilməsi təşəbbüsü pasientdən gəlir, bunun üçün tibbi göstərişlər yoxdur. Ümumilikdə bu cür əməliyyatları palazqulaqlığda - qulaq seyvanı ilə baş arasında bucağın 30 dərəcədən çox olduğu təqdirdə məsləhət görürlər.

Rekonstruktiv otoplastikanı qulaq seyvanının və ya onun hər hansısa bir hissəsinin olmaması zamanı məsləhət görülür (travma, bədbəxt hadisə nəticəsində və digər mümkün olan səbəblərlə)

Otoplastika nə cür həyata keçirilir.

Qulaqların plastikası həm ümumi (uşaqlar üçün) həmçinin yerli (böyüklər üçün) narkoz altında həyata keçirilə bilər. Əməliyyatların keçirilmə üsulunu, cərrah qarşısında duran vəzifələrdən irəli gələrək özü müəyyən edir - bir çox hallarda bu və ya digər üsulla qulaq qığırdağını dəyişmək tələb olunur.

Belə ki, palazqulaqlığın aradan qaldırılması üçün qulağın arxa səthində kiçik kəsik edilir və bu kəsik vasitəsi ilə qığırdağın forması dəyişdirilir. Sonradan qulaqlar tikiş və sarğı vasitəsi ilə yeni vəziyyətində bərkidilir. Bu cür əməliyyat 30 dəqiqədən 2 saata qədər çəkir.

Qulaq seyvanının bərpası isə daha qəliz əməliyyatdır. Bu cür əməliyyatlar transplantantın köçürülməsindən başlayaraq və yeni qulaq formasının formalaşmasına qədər 10-12 ay müddət ərzində bir neçə mərhələyə həyata keçirilir.

 

Əməliyyatdan sonra qulaqlara qulluq

Otoplastika əməliyyatından sonra kəsiklər tez bir zamanda sağalır. 6-7 gündən sonra tikişlər çıxarılır, lakin mümkün zədələnmələrdən qorunmaq üçün 1-2 ay müddətinə xüsusi sarğı vasitəsi ilə yatmaq məsləhət görülür.

 

Əməliyyatdan 1-2 gün keçəndən sonra adi həyat tərzinə qayıtmaq olar. Özünüzü məhdudlaşdıran yeganə bir şey bu ekstremal və döyüş idman növləri ilə məşğu olmaqdır (təqribən yarım il).

Dəyişikliklər sarğı dərhal çıxarılandan sonra hiss olunacaq, təqribən 3 aydan sonra isə qulaq plastikasının keçirilmə nəticələri barədə yekun rəy bildirmək olar.

 

Əks göstərişlər

Otoplastikanın keçirilməsinə dair əks göstərişlər bunlardır:

- Qulaq xəstəlikləri

- Onkoloji xəstəliklər

- Hər hansı bir kəskin və ya infeksion xəstəliklər

- Şəkərli diabet

- Qan laxtalanmasının pozğunluğu

 

Otoplastikaya alternativ və əlavələr

Otoplastika qulaq seyvanı formasının, ölçülərinin və yerinin dəyişdirilməsi üçün yeganə mümkün olan üsul hesab edilir və müasir plastik cərrahiyyədə onun alternativi yoxdur.

Qulaqların plastikasının həyata keçirilməsi bir çox hallarda orqanizmin yaş, hormonal və digər dəyişiklikləri ilə əlaqəli deyil və buna görə də bunun üçün əlavə prosedurlar tələb olunmur. Bundan başqa, otoplastikadan əvvəl və ya sonra üzün hər hansı bir plastik əməliyyatına yol verilmir - bu reabilitasiya dövrünü kəskinləşdirə və əməliyyatın nəticələrinə neqativ təsir göstərə bilər.

Qulaq mərcəyinin plastikası

Qulaq mərcəyinin ölçü və ya formasının dəyişdirilməsi (məsələn, uzun müddət ağır sırğa taxmaya görə dartılıbsa), o cümlədən zədələnmiş mərcəyin bərpası və kəsikliyinin aradan qaldırılması zamanı bu cür çətin və baha olmayan əməliyyat keçirilir.