Saç transplantasİyası

Saçların transplantasiyası insanın öz donor saç sahələrindən (boyun ardı və yan tərəflər) digər boş olan hissələrinə saçların əkilməsini nəzərdə tutur.

Image Title

Donor hissələrində olan follikullar həmişə sağlam olur və demək olar ki, ömrün axırına qədər öz normal anatomik-fizioloji xüsusiyyətlərini qoruyub saxlayır. Bu hissələrə «daimi saç» olan sahə adı verilib. Beləliklə saçların əkilməsi sayəsində follikulların çox olduğu yerlərdən, onların tamamilə olmayan hissələrinə köçürülməsi baş verir. Əkilmədən sonra follikullar adi qaydada funksiya edir və onlardan sağlam saçlar yetişir.  

 

Tərkibində 1-3 follikul olan mikroqraftların istifadəsi əkilmiş saçların təbii görünüşünü və maksimal qalınlığını təmin edir. Həkim və tibb bacılarının yüksək peşəkarlığı, saç əkilməsinin yeni texnologiyası, müasir avadanlığın istifadəsi, həcmli (5000 artıq qraft, ~11,500 follikullar) saç əkilməsini cəmi bir prosedura həyata keçirməyə imkan verir.

Prosedur ambulator olaraq, yerli anesteziya altında tamamilə ağrısız keçirilir. Əməliyyatın müddəti əkilən qraftların sayından asılıdır və orta hesabla 2,5 saat çəkir. Pasient rahat kresloda əyləşir, o ya televizora baxa, ya da musiqi dinləyə bilər. Bir qayda olaraq bütün manipulyasiyalar pasient üçün ağrısız keçir. Transplantasiyadan cəmi bir gün sonra saçları şampunla yumaq və aktiv həyat tərzi aparmaq olar. Yeni saçların böyüməsi artıq 2-3 aydan sonra baş verəcək və bütün ömür boyu davam edəcək.

 

Saç əkilməsinə dair göstərişlər:       

  

Kişi və qadınlarda androgenetik alopesiya.

Üz və başda zədələnmədən, neyrocərrahiyyə və plastik əməliyyatlardan sonra, keçirilən dəri iltihabi xəstəliklərindən sonra androgenetik alopesiya. Həmçinin tarıma çəkilmiş «at quyruğunun» taxılmasından sonra meydana gələn traksiyalı alopesiya və s.

İrsi olaraq ön saç bitməsi xəttinin yuxarı yerləşməsi və dərin alın-gicgah keçəlləşməsi. Qaş, saqqal və bığların formasının korreksiyası

 

 

Saç əkilməsinə dair əks göstərişlər:

Anestetiklərə qarşı dözümsüzlük

Qan laxtalanmasının pozğunluğu (hemofiliya)

İrsi şəkərli diabet (insulin asılılıqlı)

Kəskinləşmə dövründə başın saç hissəsinin dəri xəstəlikləri

 

Bütün dünyada cəmi iki növ follikulyar mikrotransplantasiya mövcuddur: parça-parça (Strip) və tikişsiz (FUE).

 

Strip (parça-parça) üsul. Bu üsul vasitəsilə başın arxa hissəsində nazik saçlı dəri parçası kəsilir, həmin hissədən təcrübəli assistentlər stereoskopik mikroskop altında transplantasiya üçün mikroqrfatlar kəsib çıxarırlar.

 

FUE (tikişsiz) üsul. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, saç soğancıqlarının, xüsusilə mikroqraftların çıxarılması, optik cihazların nəzarəti altında xüsusi miniatür alətlərin köməkliyi ilə (saçın strukturundan asılı olaraq diametri 0,6-0,9 mm qədər) dərini kəsmədən həyata keçirilir. 

 

Tikişsiz üsul, Strip üsuldan yalnız donor materialın götürülməsi texnologiyası ilə fərqlənir. Hər iki üsulda 1-3 saç olan mikroqraftlar əkilir. Buna görə də üsuldan asılı olmayaraq (FUE və ya Strip) əkilən saçların kosmetik effekti tamamilə eynidir.

 

Son illərdə saçların bədən hissəsindən (BHT) və uzun saçların əkilməsi üsulu böyük marağa səbəb olmuşdu. Bu cür saç əkimində həmçinin iki üsuldan istifadə edilir: uzun saçların əkilməsi Strip üsulu ilə, bədən hissəsindən saçların əkilməsi isə - əsasən FUE üsulu ilə həyata keçirilir.