Botoks, Fİllerlər

Kosmetologiyada botoks və onun analoqu olan disport mimika qırışlarının aradan qaldırılması üçün istifadə edilir.

Image Title

«Botoks» söz bu gün öz görkəminə diqqət yetirən hər bir kəsə, həm qadınlara, həm də kişilərə çox tanışdır.

1989-cu ildən bəri onu əzələ spazmaları ilə müşahidə edilən xəstəliklərin, məsələn serebral uşaq iflicinin müalicəsi üçün nevrologiyada tətbiq edirlər.

Botoksun təsiredici maddəsi, təmizlənmiş və zəiflədilmiş botulotoksindir.

 

Tətbiq sahəsi

Kosmetologiyada botoks və onun analoqu olan disport mimika qırışlarının aradan qaldırılması üçün istifadə edilir. Məhz mimika əzələlərinin hərəkət aktivliyi ilə meydana gələn mimika qırışlarının.

Bu əzələləri gərginləşdirdikdə, dəri büküş sahəsinə yığılır. Vaxt keçdikcə onlar tam yığılmır və beləliklə mimika qırışları formalaşır. Əsasən onlar üzün yuxarı hissəsində: alın, qaşlar arası, göz künclərində əmələ gəlir.

 

Digər mənşəli qırışları aradan qaldırmaq üçün başqa vasitələr mövcuddur: kontur plastikası, mezosaplarla tredliftinq, kimyavi pilinqlər və s. 

 

Ənənəvi olaraq Botoksu mimika əzələlərinə dəridaxili yeridirlər. Orada o onların sinir impulslarına həssaslığını bloklayır. Bu bloklama hesabına üzün əzələsi və ya onun bir hissəsi boşalır, qısalmır və onun əmələ gətirdiyi qırışlar hamarlanır.

 

Həkimin əsas vəzifəsi botoksun əzələləri tam hərəkətsiz etmək yox, yalnız onların tonusunu azaltmaq və üzün təbii mimikasına xələl yetirməməkdir.

Botulotoksinin təsiri altında sinir-əzələ əlaqələri müvəqqəti bloklanır. Bununla yanaşı nə sinir, nə də əzələ lifləri zədələnmir.

 

Botoksun təsiri keçir - 4-6 aydan sonra bloklanmış sinir əzələ əlaqələri bərpa olur.

 

Botoks iynəsini vurmamışdan 3 gün əvvəl qan laxtalanmasının qarşısını alan dərmanların və antibiotiklərin qəbulunu dayandırın: Aspirin, Heparin, Fenindion və s.

Bir gün əvvəl spirtli içki qəbul etməyin.

Prosedur günü idmanla, ağır fiziki işlə məşğul olmaq məsləhət görülmür.

Konsultasiya günü həkim qırışların ifadəliyini və xarakterini, mimika əzələlərinin və onların formalaşma  rolunu, toxumaların vəziyyətini müzakirə edir, Botoksun yeridilmə miqdarını və yerlərini müəyyən edir.

Hər iynə vurulmasında olduğu kimi, dəri dezinfeksiya olunur. Sonra nazik və çox qısa şprisin (0,3 mm diametrində)  köməkliyi ilə Botoks məhlulu aktivliyi aşağı salınmış əzələlərə yeridilir. Bu 3-5 dəqiqə çəkir.

Seans qurtardıqdan sonra dərinin antiseptik işlənməsi, soyudulması baş verir.

Botoks inyeksiyası çox ağrı vermir. Onların ağrısızlaşdırma yolu ilə keçirmək də olar, lakin bir çox kosmetoloqlar anesteziyanı xüsusi ağrı kəsici kremlə keçirməyə üstünlük verirlər. Botoksu anesteziyasız keçirilməsi ağrısını, bir çox pasientlər ağcaqanad dişləməsi ağrısı ilə müqayisə edirlər.

Botoksun flakonda miqdarı qramla deyil, TV (təsir vahidi) ilə ölçürlər. Xidmət haqqı istifadə edilən preparatın həcmindən asılıdır. Beləki qiymət çox vacib amildir, siz təqribən qırışlarınızın korreksiyası üçün nə qədər Botoksun tələb olmasını qiymətləndirə bilərsiz:

Orta hesabla mimika əzələləri 5-7 sutkaya boşalır. Maksimal effekt bir qayda olaraq iki həftədən sonra əldə edilir.

Lakin insan orqanizminin fərdi xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Bəzən butoliksin artıq ikinci sutkada təsir göstərir, bəzən isə buna bir ay vaxt lazım olur.

Elə insanlar var ki, onlar botulotoksinə həssas deyil. Bu cür hallar çox nadir olur, 1%-dən də az insanlarda. Bu əvvəllər botulizmdən əziyyət çəkən və ya tibbi göstəricilərinə görə böyük dozada Botoksla müalicə olan insanlarda baş verir.

 

Effektin davamiyyət müddəti

İlk prosedurdan sonra mimika qırışları orta hesabla 4-6 ay müddətinə hamarlanır. Sonradan Botoksun blokladığı sinir-əzələ əlaqələri bərpa olunur, əzələ lifləri yenidən qısalmağa başlayır və qırışlar yenidən qayıdır. Bunun üçündə qırışların təkrar əmələ gəlməsinin qarşısını almaq üçün, məhlulu yarım ildən sonra təkrar yeritmək lazımdır.

Bir qayda olaraq 3-5 seansdan sonra qırışların olmaması müddəti 10-12 ay müddətinə qədər uzanır.

Botoksun təsirinin bitməsindən sonra mimika əzələlərinin aktivliyi bərpa olur. Lakin əzələlər süni olaraq boşaldığı müddət ərzində insan alnını və ya gözlərini qırışdırmaq kimi vərdişlərini unudur. Buna görə də bu cür vərdişlərə görə meydana gələn qırışlar sonra qayıtmaya da bilər, hətta Botoksu təkrar istifadə etməsən belə.

 

Məhdudiyyətlər

Prosedurdan sonra siz adi həyat tərzinə qayıda bilərsiz (buna görə çox vaxt Botoks iynələrini «nahar fasiləsi kosmetologiyasına» aid edirlər). Lakin botulotoksinin daxil edilməsindən sonra o toxumalara yayılmağa başlayır. İnyeksiyadan sonra tam sağalmaq üçün bir sutkadan artıq vaxt lazımdır. Prosesi optimal rejimdə keçmək üçün, bir sıra məhdudiyyətlərə riayət etmək lazımdır.

3-4 saat uzanmamaq və ya yatmamaq;

Qan duruluğuna təsir edən dərmanları, spirtli içkiləri qəbul etməmək - 1 sutka;

İnyeksiya daxil edilən dəri səthinə əl vurmamaq - 2 gün;

Uzun müddət başı aşağı salmamaq, məsələn döşəmə yumaq - 2 sutka;

İdman və fitneslə məşğul olmamaq - 2 sutka;

Qızmadan qorunmaq: hamama, saunaya getməmək, günəşin altında olmamaq, fenin isti havasını üzünüzə vurmamaq - 10 gün.

Hansı yaşda Botoksun tətbiq edilməsi daha effektivdir?

Botoksun tətbiqinin yaxşı nəticəsi təkcə fərdi xüsusiyyətlərdən deyil, həmçinin yaşdan da asılıdır:

25 yaşına qədər - bir çox insanlarda Botoksun tətbiq edilməsi üçün göstərişlər yoxdur: dəri çox elastikdir və mimika qırışları çox problem yaratmır;

30-40 yaş - bir çoxlarında mimika qırışları əhəmiyyətli şəkildə görünür və Botoksun tətbiqində maksimal effekt əldə etmək olar;

50-60 yaş -  əzələ liflərinin tonusu zəifləyir, cavan yaşla müqayisədə Botoksun tətbiqinin nəticəsi daha zəif olur;

60 yaşından yuxarı - mimika əzələləri öz tonusunu çox itirir, qırışların formalaşmasında onun rolu böyük deyil, müvafiq olaraq Botoksun tətbiq etmə sahəsi də məhdudlaşır.

 

Əks göstərişlər

Botoksla qırışların korreksiyasına dair əks göstərişlərlə burada tanış ola bilərsiz.

Mümkün kəskinləşmələr.

Prosedurdan sonra iynə vurulan yerlərdə kiçik şişlər əmələ gələ bilər və bir neçə gün ərzində nöqtəvari qansızmalar ola bilər. Onlar özbaşına sovrulub gedir və müalicəyə ehtiyac yoxdur.

Bəzən botulinoterapiyadan sonra riayət edilməli olan  məhdudiyyətlərə riayət etmədikdə preparatın həddindən artıq dozada istifadəsi zamanı «hiperkorreksiya»baş verir və ya fərdi həssaslığın yüksək olması səbəbindən əzələlər həddindən artıq çox zəifləyir. Belədə «toxumaların sallanması», «maskaya bənzər sifət» və ya asimmetriya əmələ gəlir.

Həkim-dermakosmetoloqların arsenalında kontur plastika prosedurunun meydana gəlməsi onları dahi sehirbazlara bənzətmişdi. Həqiqətən, bu üsulla qısa müddət ərzində qırışları aradan qaldırmaq, dodaqları böyütmək, çənə və s. hissələri daha relyefli etmək, simaya daha cavan görkəm vermək mümkündür.

Filler və kontur plastikası nə deməkdir?

Kontur plastika - bu fillerlərin (implantantın digər adı) dərialtı və ya dəridaxili yeridilməsi yolu ilə dərinin yaş görkəmini korreksiya etməkdir.

Fillerlər (ing. dilindən to full - doldurmaq) qırış sahələrində çatışmayan və ya itirilmiş həcmin bərpası (burun-dodaq, dodaq-çənə, qaşlar arası, paraorbital, perioral və s.), dodaqların forma və həcminin korreksiyası,  almacıq çənəyə, çənəyə həcm vermək, gözlərin altında boşluqları doldurmaq, «əməliyyatsız blefaroplastika», üzün aşağı üçdə bir hissəsində itirilmiş həcmin bərpası, aşağı çənənin konturunun korreksiyası, burun formasının (qanadları, divarları və ucunun) korreksiyası və deformasiyasının aradan qaldırılması, postakne çapıqlarının korreksiyası, qulaq mərcəyinin həcminin bərpası, intim plastika (cinsi orqanların plastikası) üçün nəzərdə tutulub.

Müvəqqəti, təbii və ya biodeqradasiya olunan fillerlər, yüksək effektivliyinə və təhlükəsizliyinə görə bu gün ən məşhur preparatlar hesab edilir.

Bütün dünyada həkim kosmetoloqlar retikulyasiya (tikilən) qeyri-canlı mənşəli gialuron turşusu əsasında olan dermaldaxili fillerlərə üstünlük verirlər, hansılar ki, 10 ildən artıqdır qırışların korrevsiyasında istifadə edilir. Onların təhlükəsizliyi, kliniki effektivliyi, plastikliyi və dəri komponentləri ilə tam uyğunluğu bir sıra kliniki sınaqlarla təsdiq edilib. Onların kosmetik və rekonstruksiya məqsədlərilə geniş istifadə edilməsi gialuron turşusu əsasında gellərin müxtəlif sıxlığı ilə əsaslandırılıb. Bu cür preparatlar qatılığına görə yüksək, orta və az qatılıqlara bölünür. Nazik qırışların aradan qaldırılması və ya nazik dəri olan hissələrdə qırışların korreksiyası üçün yumşaq gelləri istifadə edirlər. Onları optimal estetik nəticə əldə etmək üçün dərinin yuxarı qatlarına daxil edirlər. Orta və dərin qırışların doldurulması və həcm vermək üçün, dərinin orta-dərin və ya dərin qatlarına, bəzən isə dərialtı və ya supraperiosta, yəni sümüküstü hissələrə daha sıx gel tətbiq etmək məqsədəuyğundur. 

Effektin müddəti daxil edilmiş preparatın parametrlərindən (GT molekulyar kütləsi, onun bitişmə dərəcəsi, GT konsentrasiyası), yeridilən fillerin həcmindən və pasientin fərdi xüsusiyyətlərindən - mimikasının aktivliyi və metabolizm səviyyəsindən asılıdır. Az qatılığı olan implantat korreksiyasının orta hesabla effekt müddəti 4-6 ay, orta və çox qatılı ilə isə 8-12 ay çəkir.

Yadda saxlamaq lazımdır ki, təkrar korreksiyalar zamanı estetik nəticənin müddəti bir qayda olaraq artır, çünki yeni daxil edilmiş preparat qalıq fillerin üzərinə yığılır və yeni qat yaradır.

Hər bir halda qeyri-canlı mənşəli retikulyasiya GT əsasında olan kontur plastikanın üstünlüklərindən danışdıqda, mümkün kəskinləşmələr barədə danışmaq lazımdır. Düzdür dərhal qeyd etmək lazımdır ki, bu cür hallar çox nadir rast gəlinir, müvəqqəti xarakter daşıyır və çox vaxt heç bir medikamentoz müalicə tələb etmir. Kənar hallar və kəskinləşmələrə aiddir: göyərmələr, şişlər, inyeksiya yerinin ağrıması, preparat səthi tətbiq edildikdə dərinin mavi rəngə boyanması, miqrasiya, teleangioektaziya (dərinin səthi damarlarının genişlənməsi), infeksiyalaşma, nekroz, allergiya reaksiyaları, gerpetik səpmələr, çox nadir hallarda - qişanın okklüziya arteriyası və sistemli reaksiyalar.

Volümayzer Radies (Radiesse) həcmli korreksiya yeni yanaşma nümayiş etdirir. Onun təsiredici maddəsi - hidroksiapatit kalsium - orqanizm üçün təbii, bioloji uyğun olan komponent. Daxil edildikdə o iltihab reaksiyaları vermir və dəridə kollagenin əmələ gəlmə prosesini işə salır ki, bu da 1-2 ilə qədər kosmetik effekti təmin edir. Dərin qırışların və burun-dodaq büküşlərinin korreksiyası, üz, biləklərin çatışmayan həcmlərinin kompensasiyası, burun formasının qeyri-cərrahiyyə üsulu ilə korreksiyası üçün tətbiq edilir, gözəl effekt verərək, üzün həcmli-kontur plastikasına keçməyə imkan verir.

İdeal fillerin axtarışı davam edir, hər il istehsalçılar bizə «unikal imkanlara» malik olan yeni-yeni fillerlər təqdim edirlər. Lakin yadda saxlamaq lazımdır ki, yalnız təcrübəli və bilikli həkimin əlində hətta ən mükəmməl preparat təhlükəsiz və effektiv olacaq.