Kruroplastİka.

Kruroplastika - Baldırların plastikası.

Image Title

Baldırların kontur böyüdülməsi üçün göstəricilərin düzgün qiymətləndirilməsi üçün ayaqların əyriliyini pasient və plastik cərrah üçün oriyentir kimi olan idealı müəyyən etmək lazımdır. Baldırların «ideal» forması daxili konturun üç iynəbənzər defekti, aralığın məhdudiyyəti, bitişik diz oynaqları, baldırın yuxarı üçdə bir hissəsində yumşaq toxumaların çoxluğu və topuqlarla xarakterizə olunur.

- Baldırların həqiqi əyriliyi - zahirən aralıqdan tutmuş bitişik topuqlara qədər daxili konturun defekti (O formalı) və ya sərbəst duruş zamanı ayaqlar bitişik vəziyyətdə topuqların bitişməməsi (X forması) kimi görünən qamış sümüyü deformasiyası ilə əlaqəli aşağı ətrafların anatomiyasının xüsusiyyətləri

- Baldırların yanlış əyriliyi - sümük deformasiyasının olmaması və baldırların yumşaq toxumalarının bölüşdürülməsi xüsusiyyətləri ilə əlaqədar olan aşağı ətrafların quruluşunun xüsusiyyətləri

- Kontur plastika və baldırların böyüdülməsi yanlış və yumşaq O-formalı baldırların əyriliyi, o cümlədən nəli əzələnin disproporsional kiçik həcmi zamanı ən yaxşı estetik nəticələr verir.

Təsvir edilən estetik çatışmazlıqların səbəblərini aşağıdakı qruplara bölmək olar:

- keçirilmiş xəstəliklər səbəbindən (poliomielit) baldır əzələlərinin zəif inkişafı və ya əzələ atrofiyası. Baldırların formasının düzəldilməsi və nəli əzələlərin həcminin artırılması sırf fiziki hərəkətlərlə düzəltmək çətindir, bəzən isə heç mümkün deyil. Qeyd etmək maraqlıdır ki, plastik əməliyyatı çox vaxt nəli əzələləri konturlarını ifadə etmək məqsədilə bodibildinqlə məşğul olan idmançılar keçirirlər.

- baldır sümüklərinin dəyişilməsinə gətirib çıxaran uşaq yaşlarında vitamin çatışmazlığı, qeyri-adekvat yüklənmələr, topuqların deformasiyası və s. kontur plastikası ilə estetik çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, ortopedik əməliyyatın keçirilməsi mümkünlüyünü nəzərdən keçirmək lazımdır.

Baldırların implantları

Konturların doldurulmasının və baldırların həcminin adekvat artırılması üçün konsultasiya zamanı pasiyentin anatomik xüsusiyyətlərinə və zövqünə uyğun fərdi olaraq implant seçilir. Baldırların böyüdülməsi üçün müasir implantlar müxtəlif həcm və həndəsi variantlarda buraxılır, səthi teksturalı və ya hamar ola bilir. Silikon implantlar (o cümlədən baldırların) estetik cərrahiyyədə istifadə olunur və özünü etibarlı material kimi göstərmişdir. Onların istehsalının evolyusiyası əla nəticələr əldə etməyə və kənar effektlərin əmələ gəlmə mümkünlüyünü minimuma endirməyə imkan verən endoprotezlərin yaradılmasına gətirib çıxarmışdır. Baldırların implantları koqeziv gellə doldurulub - əzələ toxumalarının sıxlığı və onun üzərinin fassiyaları nəzərə alınaraq, implantın konsistensiyası həm formanı, həmçinin nəli əzələlərinin taktil hissiyatını ideal imitasiya edir. Müasir implantlar sayəsində baldırların artırılması - ayaqlarından utananlar üçün ən əla çıxış yoludur.

Tez-tez verilən suallar.

Konsultasiyanın əsas məqsədi - pasiyent və plastik cərrahın qarşılıqlı anlaşmaları, istənilən estetik nəticələrin əldə edilməsinin qiymətləndirilməsi və reallığı. Əgər sizə nəli əzələlərinin kontur artırılması və baldırların plastikası məsləhət görülübsə, konsultasiya zamanı ən çox verilən sualları eşitmək sizə çox maraqlı olardı.

Baldır əməliyyatından sonra implantlar necə hiss olunur?

Plastika zamanı implant vizual və taktil olaraq çox yaxşı gizlədilən nəli əzələlərinin fassiyası altında yerləşdirilir. Əməliyyatdan sonra implantın olmasını təxmin etmək çox çətindir. Əməliyyatdan sonra ilk günlər pasiyentlərdə nəli əzələlərinin dartılması hissi kimi diskomfort ola bilər ki, bu da ağrıkəsici preparatlarla aradan qaldırılır. 3-4 həftədən sonra bütün diskomfort hisslər aradan qalxır, yerləşdirilmiş implant Sizin həyat tərzinizə heç bir təsir göstərməyəcək.

- İmplantlar görünəcəkmi?

Baldırların kontur böyüdülməsi əməliyyatı aşağıdakı iki qaydanın riayət edildiyi təqdirdə əla nəticə verir: 1. İmplantın uyğun gələn həcm və formasının seçilməsi. Baldırların anatomik quruluşuna uyğun gəlməyən çox böyük implantın yerləşdirilməsi və ya implantın formasının uyğun gəlməməsi (simmetrik/asimmetrik) onun konturlaşmasına gətirib çıxaracaq. 2. İmplantın yerinin dəqiq müəyyən edilməsi. İmplantı mütləq əzələlərin fassiyasının altına qoymaq vacibdir, əks halda kapsulanın kontrakturasının inkişafı və implantın konturlaşma riski çox böyükdür.

- baldırların böyüdülməsi üçün hansı implantlar istifadə edilir?

- baldır quruluşlarının müxtəlif xüsusiyyətlərinin korreksiyası zərurətindən asılı olaraq cərrah implantın formasının seçim imkanına malikdir - simmetrik və ya asimmetrik ki, bu da istənilən nəticənin əldə edilməsi üçün çox vacibdir. Bu günə kontur artırılması üçün hamar səthli implantlar istifadə edilir ki, onların da nəli əzələlərinin sıx fassiyasının altına yerləşdirildiyi nəzərə alınmaqla, onun implant ətrafında kapsulanın bərkimə mümkünlüyünə heç bir təsir göstərmir.

- implantı dəyişmək lazımdırmı?

Müasir implantlar koqeziv silikon gellə doldurulub. Bu materiallar on illərlə estetik təbabətdə istifadə edilir və öz təhlükəsizliyini təsdiq ediblər. Nəli əzələləri implantlarının müntəzəm olaraq dəyişdirilməsinə ehtiyac yoxdur.

- baldırların formasının düzəlişi və ya artırılması fiziki hərəkətlərlə mümkündürmü?

Baldırların formasının düzəldilməsi və nəli əzələlərin həcminin artırılması sırf fiziki hərəkətlərlə düzəltmək çətindir, bəzən isə heç mümkün deyil. Məhz buna görə plastik əməliyyatı çox vaxt nəli əzələləri konturlarını ifadə etmək məqsədilə bodibildinqlə məşğul olan idmançılar keçirirlər. Müasir plastik cərrahiyyədə istifadə edilən baldır implantları əvvəllər hətta idmançılar belə arzu etdikləri ayaq formalarının əldə olunmasını mümkün edir.

Əməliyyat

Əməliyyat daxili narkoz və ya epidural anesteziya altında həyata keçirilir. 3-4 sm uzunluğunda olan kəsik diz altı büküş hissəsində edilir. orada bu kəsik dərinin təbii qırışları ilə örtülür və demək olar ki görünmür. İmplantı nəli əzələlərinin fassiyası altına yerləşdirirlər və məhz bu baldırlara gözəl və cazibədar görünüş verir.

Əməliyyatdan sonra

Baldır implantları ayaqlarınızı baldırların artırılmasına qədər olan görkəmindən də daha artıq cazibədar edəcək, bu isə sizin özünüqiymətinizi artıracaq və komplekslərdən azad olmağa imkan verəcək.