Qlüteoplastİka (sağrıların korreksİyası)

«Braziliya» adı daşıyan yumru, hündür sağrılar bu gün etalon hesab edilir və əgər təbiət sizə bu cür gözəlliyi bəxş edibsə, sizin bəxtiniz gətirib. Lakin bu o demək deyil ki, qalanları üçün gözəl qamət haqqında arzu, eləcə əlçatmaz olaraq qalacaq. Xoşbəxtlikdən müasir qlüteoplastikanın (sağrıların korreksiyası) metodikası ədaləti bərpa etməyə və ən yaxşı hollivud standartları üzrə gözəl qaməti yaratmağa və ya qaytarmağa qadirdir.

Image Title

Qlüteoplastika üçün üç növ mövcuddur:

- irsi bədən quruluşu: yastı, balaca sağrılar, hansılara ki, həcm vermək lazımdır;

- piy toxumaları həcminin azalmasına və dərinin sallanmasına gətirib çıxaran çəkinin kəskin azalması;

- sağrıların sallanması, toxumaların elastikliyinin pozulması, dəri bürüşüklüyü baş verən yaş dəyişiklikləri.

 

Sağrıların korreksiyasının müxtəlif üsulların mövcudluğu hər bir pasient üçün ən optimal variantı seçməyə imkan verir. Metodikaların çoxu Braziliya və Argentinada yaradılıb - bu ölkələr iyirmi ildən artıqdır ki estetik cərrahiyyənin bu sahəsində lider hesab edilirlər. Bu gün Avropada, o cümlədən həmçinin Rusiyada bu ölkələrin təcrübəsi uğurla istifadə edilir.

 

Sağrıların endoprotezləşdirilməsi

Bu gün istifadə edilən implantatlar tamamilə təhlükəsiz, hipoallergiyalı, elastik və möhkəmdirlər. Müasir istehsalçılar öz məhsullarına ömürlük zəmanət verirlər (zəmanət estetik nəticəyə yox, implantatlara verilir). Korreksiya yaş dəyişiklikləri, dərinin turqorunun zəifləməsi, toxumaların qravitasiya ptozu və digər amillərlə əlaqədar olaraq tələb oluna bilər.

Ölçülərə gəldikdə isə, burada pasientlərin istəkləri obyektiv imkanlarla məhdudlaşır, axı protez bütün sağrıya deyil, məhz yuxarı çöl hissəsinə qoyulur. Həm də gözəlliyin sirri ölçülərdə deyil, bədən quruluşunun harmoniyasındadır və cərrahın vəzifəsi - pasienti buna inandırmaqdır.

 

Endoprotezlər sağrı arası büküşdə kiçik kəsik (5 sm qədər) vasitəsilə daxil edilir, buna görə də əməliyyatdan sonra tikiş və protezlərin özü heç gözə görünmür - onlar əllənmir, oturmağa maneəçilik törətmir. Bədən quruluşundan, piy toxumalarının mövcudluğundan asılı olaraq quraşdırılma üsulu seçilir: sağrı əzələsinin üstündən, böyük sağrı əzələsinin fassiyasının altından; həmçinin əzələarası və ya əzələaltı yerləşdirmə də mümkündür.

 

Əməliyyat və bərpa dövrünün xüsusiyyətləri:

- əməliyyat ümumi ağrısızlaşdırma altında həyata keçirilir və 1,5-2 saat davam edir;

- əməliyyatdan sonra protez, toxumaların möhkəmliyi hesabına düzgün vəziyyətdə qalır və əlavə olaraq 1,5-2 ay müddətinə taxılan xüsusi kompressiyalı geyim vasitəsilə fiksasiya olunur;

- prosedur həyata keçirələndən bir ay sonra və sonradan hər il pasientlər yoxlama müayinəyə dəvət olunurlar.

Lipoksasiya + fetqraftinq (liposkulptura)

Lipoksasiya və fetqraftinq (liposkulptura) metodikasının uyğunluğu, pasientin özünün piy toxumalarının köməkliyi ilə sağrıları böyütmək imkanı verir. Bu cür yanaşma nəticəsində ikiqat estetik effektə nail olmaq olar: lazım olduğu yerdə həcm artır, qarın və ətrafındakı artıq piy qalığı isə yığışdırılaraq, azalır. Piy toxumaları, piy qatlarının artıq olan yerlərindən götürülür: qarın, bel, kürək və digər nahiyələrdən.

Müasir texnologiya Micro Fat Grafting adlanır: piy toxumaları «topa-topa» yox, lay-lay, sıra ilə düzülmüş muncuq şəklində kiçik porsiyalarla yerləşdirilir. Beləliklə burada söhbət təkcə sağrıların korreksiyasından deyil, həmçinin yeni bədən konturlarının yaradılmasından gedir. Məhz bu üsulla məşhur «Braziliya sağrıları» yaradılır. Cərrahın bu vəziyyətdə peşəkarlığı xüsusi əhəmiyyət daşımağa başlayır.  Yalnız prosedura dair bir sıra sərt tələblərin dəqiqliklə yerinə yetirilməsi, piy toxumalarının həyat qabiliyyətini qoruyub saxlamağa imkan verəcək ki, bu da öz növbəsində onun öz yerinə uyğunlaşmasını təmin edəcək.

Filamentliftinq (Filamentlifting)

Filamentliftinq - Braziliyanın estetik cərrahlarının sirridir. İndi xüsusi sapların köməkliyi ilə, kəsiksiz və çapıqsız xüsusi texnologiya üzrə cəmi yarım saata sallanmış sağrılar birbaşa göz qabağında dartılır və bərk, yumru və cazibədar olurlar. Gələcəkdə pasientin öz arzusu ilə proseduru təkrar etmək olar. Göstəricilərə görə filamentliftinq lipofillinqlə çox yaxşı uyğunlaşır. Yeni az invazivli metodika, minimal müdaxiləni nəzərdə tutur, dərinin təbii strukturunu pozmur və 5-10 il müddətinə sağrıların dartılmasının əla nəticələrini verir. Bu müddət ərzində sağrılar gözəl formalı və bərk olurlar.

Əməliyyat və bərpa dövrünün xüsusiyyətləri:

- sağrı nahiyəsində litpoksasiya həm yerli, həmçinin ümumi ağrısızlaşdırma altında həyata keçirilir. Əməliyyat 1-1,5 saat çəkir. İlkin olaraq kiçik kəsiklər vasitəsi ilə piy toxuması ultrasəsin köməkliyi ilə parçalanır, sonradan aspirasiya olunur. US (ultrasəs) lipoksasiyanın tətbiqi, prosedurdan sonra dərinin əhəmiyyətli şəkildə dartılmasına imkan verir;

- reabilitasiya dövrü təqribən 2 ay çəkəcək, bu müddət ərzində xüsusi kompressiyalı geyim taxmaq lazımdır;

- hamam, sauna, solyariya getmək məsləhət görülmür, bu müddət ərzində fiziki aktivliyi məhdudlaşdırmaq lazımdır, çünki hər bir fiziki gərginlik, piy toxumalarının əriməsinə gətirib çıxarır.