Blefaroplastİka

Blefaroplastika - xarici görkəmin yaxşılaşdırılmasına, cavanlaşmasına və kosmetik çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş yuxarı və/və ya aşağı göz qapaqlarının cərrahiyyə əməliyatıdır (blefaro - yananca tərcümədə «göz qapağı»).

Image Title

Yuxarı göz qapağı dərisinin artıq sallanmalarını, göz ətrafında qırışları, piy yırtıqlarını və gözlərin altında kisələri aradan qaldırır, burun-göz yaşı şırımlarını düzəldir, gözlərin kənar künclərini qaldırır. Sırf estetik nəticələrdən başqa blefaroplastika həmçinin göz kəsiyinin dəyişilməsinə yönələ bilər (asiya kəsiyinin korreksiyası). Əməliyyat prosesi zamanı artıq dəri və artıq piy əmələ gəlməsi aradan qaldırılır (və ya yeri dəyişilərək paylaşdırılır). Bütün manipulyasiyalar dəri və dərialtı təbəqə ilə aparılır və heç bir halda görmə qabiliyyətinə təsir etmir!

Göstərişlər:

- yuxarı göz qapaqlarının zəifləmiş dərisinin sallanması və /və ya aşağı göz qapaqları dərisinin sallanması;

- gözlər altında şiş və «kisələri» əmələ gətirən artıq piy toxumaları;

- göz qapağı ətrafında ifadə olunmuş qırışlar;

- gözlərin çöl günclərinin aşağı sallanması

- göz qapaqlarının anadan gəlmə və ya sonradan baş verən defektləri.

Pasientin istəyi ilə blefaroplastikanın köməkliyi ilə gözlərin formasını və kəsiyini dəyişmək olar. Bu cür əməliyyatlar üçün ümumi qəbul edilmiş məhdudiyyətlərdən (18 yaş) başqa digər yaş məhdudiyyətləri yoxdur. Blefaroplastika cavanlaşma və yaş dəyişikliyi əlamətlərinin azaldılmasına yönəlmiş manipulyasiya tərkibinə daxildir, həmçinin mövcud olan defektlər - hər bir pasientdə mövcud ola bilən anadan gəlmə və ya sonradan baş verən defektlər zamanı müstəqil olaraq yerinə yetirilir. Lakin unutmaq lazım deyil ki, blefaroplastika gözlərin altında qara dairələri və kiçik mimika qırışlarını aradan qaldırmayacaq!

Əks göstərişlər:

- göz daxili yüksək təzyiq;

- quru göz sindromu;

- arterial hipertenziya;

- şəkərli diabet;

- müxtəlif daxili xəstəliklər.

 

Yerinə yetirilmə metodikası

Əməliyyat bir saatdan bir az artıq çəkir və yerli və ya ümumi narkoz altında həyata keçirilir. Əməliyyatın keçirilmə metodikası hər bir cərrah tərəfindən fərdi olaraq müəyyən edilir. Yuxarı göz qapaqlarının klassik blefaroplastikası zamanı kəsiklər dərinin təbii qırışları boyunca - supraorbital qırışlar sahəsində həyata keçirilir. Dəri xəttinin kəsilməsindən savayı, zərurət yarandıqda gözün aşağı əhatə əzələsi xətti, o cümlədən artıq piy toxuması da kəsilir. Dəridaxili kosmetik tikişlər qoyulur, hansılar ki, sağaldıqdan sonra demək olar ki, görünməyən çapıqlar qoyur.   

Aşağı blefaroplastika həmçinqin yuxarı blefaroplastika kimi dəri vasitəsilə daxil olma üsulu ilə həyata keçirilir. Göz ətrafı əzələ və göz çəpəri kəsilir. Onun altında olan piy eyni qaydada paylaşdırılır və saplarla bərkidilir. Sonradan qeyd edilmiş xəttlər üzrə dərinin bir hissəsi kəsilir və tikiş qoyulur.

 

Dairəvi blefaroplastika - bu eynizamanda yuxarı və aşağı göz qapaqlarının plastikası deməkdir.

 

Transkonyunktival blefaroplastika üsulu yalnız gözlər altında «kisələrin» aradan qaldırılmasına yönəlib. Konyunktiva - gözlərin daxili selikli qişası. Burada kəsik və ya dəlik edilir və oradan artıq piy toxumaları çıxardılır. Yəni əməliyyat çöl hissədən kəsiksiz və tikiş qoyulmadan həyata keçirilir.

 

Əməliyyatdan sonrakı dövr və reabilitasiya

 

Əməliyyatdan sonra gözlərə sarğı qoyulur, şişlərin azalması üçün kiçik ölçüdə soyuq gel yastıqları qoyulur. Tikişlər əməliyyatdan 3-7 gün sonra çıxarılır, o vaxta qədər onlar tikiş xətti boyu müdafiə edən yapışdırıcarla fiksasiya edilir. Göyərmələr adətən əməliyyatdan bir həftə sonra keçir. Bəzən göz yaşarmaları qeydə alınır, hansı ki, artıq üç həftədən sonra da yox ola bilər və iki-üç ay müddətinə qədər uzana da bilər. Əməliyyatdan sonra ilk günlər antiseptik krem çəkmək və göz damcıları damcılamaq lazımdır. Yatmaq yalnız kürəyi üstə və əlbəttə ki, gözləri günəş şüalarından qorumaq lazım olacaq. Çapıqlar tez bir zamanda ağaracaq və üç aydan sonra demək olar ki, gözə görünməyəcək.